Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirildi - FOTO

"AZCON Holding"in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) dəstəyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı Beynəlxalq Dəniz Limanında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” adlı əməliyyat-taktiki təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, FHN, ADY və digər qurumların rəhbər şəxslərinin müşahidəsi ilə keçirilmiş təlimin məqsədi irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyət mexanizmini sınaqdan keçirmək, aidiyyəti qurumların real imkanlarını qiymətləndirmək, idarəetmə sistemini təkmilləşdirmək və qərargahların əməliyyat hazırlığını artırmaq olub.



Təlimin ssenarisinə əsasən, episentri Xəzər dənizində olmaqla Bakıdan 110 km cənub-şərqdə güclü şərti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ axtarış-xilasetmə, yanğınların söndürülməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Təlimə ümumilikdə 1250 nəfərlik şəxsi heyət, 8 helikopter, 277 ədəd xüsusi texnika və 14 baş xüsusi təlim keçmiş xidmət iti cəlb edilib.
Bu təlim ADY-nin digər infrastruktur obyektləri ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Limanında da təhlükəsizliyə, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına xüsusi önəm verdiyini nümayiş etdirir. ADY-də bu kimi təlimlər mütəmadi olaraq həyata keçirilir.
Qeyd edək ki, Bakı Limanı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq ADY-nin strukturuna inteqrasiya edilib.
Xəzər hövzəsinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Limanı müasir standartlara cavab verən təhlükəsizlik avadanlıqları, o cümlədən yanğından mühafizə və fövqəladə hallara operativ reaksiya sistemləri ilə təchiz edilib.
Həmçinin liman ərazisində yük əməliyyatları zamanı personalın və yüklərin təhlükəsizliyi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir, 24 saat mühafizə xidməti aparılır.










Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












