Bakı-Ələt-Hacıqabul avtomobil yolunda hərəkət qismən məhdudlaşdırıldı - FOTO

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda təmir işlərinə start verilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 97-104-ci kilometrliyində məhdudlaşdırılıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, adı çəkilən magistral yolun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
Ötən gündən başlayaraq BDYP-nin Nəvahi YPX-nin yaxınlığından Qazax istiqamətində yerləşən aralıqda asfalt yolunun qaşınması həyata keçirilir.
Həmin intervalda Bakı-Qazax istiqamətində yol tam bağlanıb. Yolun Qazax-Bakı istiqaməti hissəsində hərəkət ikitərəfli şəkildə həyata keçirilir.
Hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtoobillərin hərəkətini tənzimləyən bütün zəruri yol nişanları yerləşdirlib. Həmin intervalda sürət həddi 50 km/saata endirlib. BDYP təmir müddətində sürücüləri diqqətli olmağa çağırır.
Hərəkətin məhdudlaşdırılması yolda aparılan təmir işləri bitənədək qüvvədə olacaq.
Bakı-Ələt-Hacıqabul avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti aparılan təmir işlərindən asılı olaraq mərhələli şəkildə məhdudlaşdırılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















