“Bakı” kafesində 90-cı illərə xas “razborka”: 1 nəfər güllələndi - VİDEO

Sankt-Peterburqun Şlisselburq rayonunda yerləşən "Bakı" kafesində fevralın 25-də axşam baş vermiş silahlı "razborka"ya görə 5 nəfər tutulub.
Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, polis azərbaycanlılar arasında baş vermiş həmin qanlı hesablaşmanın səbəblərini də açıqlayıb.
Həmin insidentdə bir azərbaycanlı aldığı güllə yarasından ölüb. Rusiya DİN-in Leninqrad vilayəti üzrə daxili işlər idarəsindən verilən məlumata görə, həmin gün axşam bir-birinə düşmən olan iki azərbaycanlı qruplaşma arasında kafedə görüş olub. Görüşdə məqsəd bazarda nüfuz bölgüsünü və iqtisadi məsələləri müzakirə etmək idi. Lakin diskussiya heç də dinc keməyib, hesablaşma silahlı qarşıdurmaya çevrilib və iştirakçılardan biri aldığı güllə yarasından ölüb. Digəri ağır yaralanıb.
Öldürülən şəxs Lənkəranın Avrora kəndinin sakini olan 39 yaşlı Qabil Rəşidovdur. O, son vaxtlar Peterburqun Soldat Korzun küçəsində yaşayırmış. Yaralanan şəxsin isə 34 yaşı var, güllə onun qabırğasından dəyib. Həmyerliləri onu həmin vaxt təsadüfən yaxınlıqdakı mağazaya gələn kuryerin köməyi ilə xəstəxanaya çatdırıblar. Kuryer yaralını Canelidze adına xəstəxanaya çatdırdıqdan sonra hadisə haqda polisə məlumat verib.
Hesablaşmada cəmi 60-a yaxın adam iştirak edib. Polis bunu ötən əsrin 90-cı illərində Peteburqda kriminal qruplaşmalar arasında baş vermiş qanlı hesablaşmalarla müqayisə edir. Sonradan hesablaşmanın 20-yə yaxın iştirakçısı tutulub, onlardan 5-i barəsində həbs qərarı verilib. Həmin "beşliyə" qarşıdurmanın baş verdiyi "Bakı" kafesinin sahibi də daxildir.
"Onların hamısı Qafqaz əsillidirlər, 4-nün Rusiya vətəndaşlığı var. Saxlanılarkən onlardan bir neçə vahid odlu silah da götürülüb", - polis bildirir.
Polis həbs olunanların evlərində axtarışlar aparıb və bütöv silah arsenalı aşkar edib. Qətl, qanunsuz odlu silah saxlama və gəzdirmə, silah tətbiqi ilə müşaiyət olunan xuliqanlıq maddələri ilə qaldırılmış cinayət işi çərçivəsində aparılan axtarış zamanı şübhəlilərin evlərindən "Kalaşnikov" avtomatları, tapançalar və onlarla qutu patron, doldurulmuş güllə sandıqçaları tapılıb. Polis axtarışın görüntülərini yayıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












