Bakı Limanında Çindən gələn ilk yük qatarı aşırılıb

Bu ilin 17 fevral tarixində Bakı Limanında Çinin Tsindao şəhərindən gələn ilk yük karvanı aşırılıb.
Avtosfer.az Bakı Limanına istinadən xəbər verir ki, Çinin Tsindao şəhərindən gələn ilk blok qatar 17 fevral tarixində Bakı Limanına çatıb və yüklərin aşırılmasına başlanılıb.
“Məişət avadanlıqları və kimyəvi məhsullar daşıyan yük karvanı hər biri 40 futluq olmaqla 81 konteynerdən ibarətdir. Konteynerlər Aktau limanında “Beket – Ata” fider gəmisinə yüklənərək Bakı Limanına yola düşüb. Yüklərin böyük bir qismi Azərbaycan üçün nəzərdə tutulubdur. Qalan hissəsi Gürcüstan, Türkiyə, Rumıniya və İtaliyaya yola salınacaq”, - məlumatda vurğulanır.
Qeyd edək ki, sözügedən qatarın Azərbaycana yola düşməsi nəticəsində Tsindao Limanı ilə Bakı Limanı arasında əlaqə yaranıb. Tsindao limanı Çinin ikinci ən böyük limanıdır və ölkənin ən böyük taxıl və neft anbarları ilə təchiz olunub. Tsindao limanının 2019-cu il dövriyyəsi 1 mlrd. ton olubdur./baku.ws
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












