“Bakı Metropoliteni” İT sistemlərini “Hökumət buludu”na köçürdü

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – “Bakı Metropoliteni” QSC İT sistemlərini “Hökumət buludu”na köçürüb. Qurumun informasiya sistemləri və ehtiyatları qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirilib.
“AzInTelecom” tərəfindən "Bakı Metropoliteni" QSC-yə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












