Bakı metrosunda sərnişinlər qatarlardan boşaldılıb? - AÇIQLAMA

Bu gün səhər saatlarında metroda qatarların hərəkətində gecikmələrin olması ilə bağlı sərnişinlərdən azxeber.com-a məlumat daxil olub.
Həmçinin bildirilib ki, qatarlardan birinin vaqonları boşaldılıb.
Məsələni dəqiqləşdirmək üçün Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq.
Qurumun sözcüsü azxeber.com-a bildirib ki, qatarın boşaldılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
O, qeyd edib ki, xətdən diaqnostika məqsədilə ehtiyat boş qatar keçib:
"Bu gün bizim xəttimizə diaqnostika kompleksi çıxıb. Bu qatar hər ay ərzində iki dəfə xəttə buraxılır. Təbii ki, həmin qatar xətdədirsə, mütləq müəyyən sahələri yoxlaya-yoxlaya gedir və dönüş edib qayıdır. Bu, təhlükəsizlik üçündür. Bu səbəbdən hansısa stansiyadan boş qatarın keçdiyini görə bilərlər. O, ehtiyat qatardır, xəttə verilir ki, diaqnostika kompleksi rahat keçib getsin. Yəni həmin qatardan sərnişin olmayıb”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












