"Bakı Taksi Xidməti" aeroportdakı vəziyyətə münasibət bildirdi

Müştərilər Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər.
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, hava limanında fəaliyyət göstərən şirkət Azərbaycana gələn qonaqlara və vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib: "Bu, müştərilərə göstərilən xidmətin dəyərini nağdsız qaydada rahat şəkildə ödəmək imkanı yaradır. Eyni zamanda, hava limanının sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə şəhərin tanınmış obyekt və hotellərinə qədər gediş qiymətlərini, həmçinin Azərbaycan manatının müxtəlif beynəlxalq valyutalara ekvivalentini əks etdirən elektron tablo quraşdırılıb".
F.Əliyev qeyd edib ki, müştərilər köşkdə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər: "Şirkət bundan sonra da müştərilərin rahatlığı və şəffaflığı təmin etmək məqsədilə yeni texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək". (Report)
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












