Bakı-Tbilisi-Bakı aviabiletinin bahalaşması iddiasına AZAL-dan CAVAB - VİDEO

"Hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və satışda yalnız biznes sinif yerləri qalıb. Elə bu səbəbdən qiymətlərin kəskin artması təəssüratı yaranır. Halbuki ekonom və biznes sinif arasında olan fərq beynəlxalq aviasiya praktikasında qəbul olunmuş standartdır".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən bildiriblər.
Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tbilisiyə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır:
"Buna görə də biz sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edirik. Bu cür yanaşma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də yalnız bahalı siniflərin qaldığı hallardan yayınmağa kömək edir.
Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.
***
AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.
Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?
Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.
Ətraflı süjetdə:
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur" - VİDEO
Bakının bir sıra küçələrində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ
Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO
İcra başçısının nümayəndəsi rəis TƏYİN EDİLDİ
"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO










