“Bakı-Tbilisi qatarının bərpasını gözləyirik” - Gürcüstan İqtisadiyyat Nazirliyi

Məlum olduğu kimi, 2020-ci ilin martında Azərbaycanla Gürcüstan arasında qatarların hərəkəti koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin bu il mayın 1-dən bərpa ediləcəyini açıqlasa da, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti hələ də bərpa olunmayıb.
Avtosfer.az xəbər verir ki, Gürcüstan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada ölkələr arasında Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarının bərpası istiqamətində danışıqların davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, iki ölkə arasında sərnişin dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması yalnız nəqliyyat baxımından deyil, həm də sosial və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır:
“Biz Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Bu təşəbbüs tərəfdaşlığımızın daha da möhkəmlənməsinə, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə və hər iki ölkədə turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.
Nazirlikdən bildirilib ki, Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpası təşəbbüsü cari ilin iyul ayında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı Gürcüstan tərəfi tərəfindən gündəmə gətirilib:
“Səfər çərçivəsində keçirilən görüşlərdən sonra məsələ daha geniş şəkildə, texniki detalları da daxil olmaqla, Tbilisidə Azərbaycan Dəmir Yolları rəhbərliyi ilə müzakirə olunub. Hazırda məsləhətləşmələr davam edir və biz Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarını gözləyirik”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












