Bakıda altı evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO - FOTO
Xəbərlər
22 Yanvar 2021 15:47

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub.
Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.
Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Bizimlə əlaqə saxlayın
Oxunub : 1448
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
ŞƏRH YAZ












