Bakıda bahalı xarici avtomobilləri qaçıran şəxs tutuldu

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində başqalarına məxsus avtomobilləri qaçıran şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarından Avtosfer.az-a verilən məlumata görə, dekabrın 30-da, saat 08:30 radələrində Buzovna qəsəbəsində 1980-ci il təvəllüdlü yerli sakin Vasif Əliyevə məxsus “Opel” markalı avtomobil qaçırılıb.
Kişi avtomobili qapısı açıq vəziyyətdə qoyub və bir neçə dəqiqə uzaqlaşıb. Ancaq geri qayıdanda maşın yerində olmayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis Binə qəsəbəsi ərazisində avtomobili qaçıran şəxsi saxlayıb. Onun əvvəllər Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə oxşar cinayətə görə məhkum edilən 1988-ci il təvəllüdlü Anar Səfərov olduğu müəyyənləşdirilib.
İstintaq zamanı saxlanılan şəxsin bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda başqa bir avtomobilin qaçırılmasında iştirakı məlum olub, hansı ki, bu barədə Oxu.Az xəbər vermişdi.
21 dekabr saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Mehman Mehralıyev Ağa Nemətulla küçəsində “Infiniti FX-35”i qaçırıb.
Bu avtomobilin sahibi də mühərriki işləyən avtomobili tərk edərək uzaqlaşıb və geri qayıtdıqda onun qaçırıldığını görüb.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












