Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - YENİLƏNİB

Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb: "Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq".
10:25
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib.
Məktəbdən Avtosfer.az-a verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə təhsil müəssisəsi martın 1-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: “Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən - martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










