Bakıda ər arvadını, kişi kürəkənini bıçaqladı

Ötən gün ərzində daxili işlər orqanlarının paytaxt şöbələri tərəfindən ikisi Bakının Binəqədi rayonunda olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən hadisələr qeydə alınıb.
Avtosfer.az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Dərnəgül qəsəbəsində 13 dekabr, saat 21:00 radələrində 1985-ci il təvəllüdlü yerli sakin Vüsal Kazımov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygün Ruhullayevaya dərinə nüfuz edən bıçaq xəsarəti yetirib. Nəticədə ağır vəziyyətdə olan qadın 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, əri isə Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Biləcəri qəsəbəsində dekabrın 14-nə keçən gecə Oğuz rayon sakini 1980-ci il təvəllüdlü Ceyhun Hüseynov ağır yaralanıb. Zərərçəkən qarın və bud nahiyəsindən iki dəfə nüfuz edən bıçaq yarası alıb və bu səbəbdən o, 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Hazırda əməliyyatçılar cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyir.
Sabunçu rayonunda 13 dekabr eyni adlı qəsəbə sakini, 1972-ci il təvəllüdlü Salik Abuzərov ailə münaqişəsi zamanı kürəkəni, 1995-ci il təvəllüdlü Göyçay rayon sakini Mövsun Qəhrəmanovu qarınından ağır yaralayıb. 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Abuzərov tutulub.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












