Bakıda kafedəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO

Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1250 kvadrat metr sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 kvadrat metr sahədə yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
15:09
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
14:36
Bakı şəhərinin Nərimanov rayonunda kafe yanır.
Oxu.Az-ın məlumatına görə, yanğın Keşlə bazarının yaxınlığında yerləşən “50 Qəpik” kafesində baş verib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyindən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












