Bakıda oğurluq etmək istədiyi evin sahibindən qaçan oğru gölməçəyə düşərək boğulub

Cinayətkarın növbəti oğurluq etmək cəhdi faciə ilə bitib: evin sahibindən qaçan oğru gölməçəyə tullanıb və boğularaq həlak olub.
Hüquq-mühafizə orqanlarından Avtosfer.az-a verilən məlumata görə, hadisə yanvarın 1-də, saat 06:30 radələrində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Yerli sakin (1971-ci il təvəllüdlü) Q.Əsgərov “102” xidmətinə zəng vuraraq naməlum şəxsin onun evindən oğurluq etməyə çalışdığını söyləyib.
Evin sahibi oğrunu pəncərənin barmaqlıqlarını qırmaq istəyərkən görüb.
Q.Əsgərov oğrunu gödəkçəsindən tutsa da, o, ev sahibinin əlindən çıxaraq qaçmağı bacarıb. Qamışlıqda gizlənmək istəyən oğru gölməçəyə tullanıb, lakin oradan çıxa bilməyib.
Q.Əsgərov “112” xidməti ilə əlaqə saxlayaraq, boğulan adama kömək etmələrini istəyib.
Tezliklə hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gənc oğlanın cəsədini sudan çıxarıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, boğulan şəxsin şəxsiyyəti artıq müəyyənləşib, o, əvvəllər də oğurluq əməlinə görə həbsə məhkum olunmuş 1995-ci il təvəllüdlü Murad Səfərovdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında ev sahibi Q.Əsgərov oğurluğa gələn şəxsi döymək niyyətində olmadığını, onu yalnız polisə təslim etmək istədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












