Bakıda oğurluq hadisəsi: Maşını hissələrə bölüb satdı

Biləcəridə oğurladığı avtomobili ehtiyat hissələrə bölərək satan 36 yaşlı Səfadara ağır cəza verilib. Daha əvvəl də narkotik istifadəsi ittihamı ilə məsuliyyətə cəlb edilən Səfadar 11 il həbsdə qalmalı olacaq.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, Səfadar Biləcəri qəsəbəsində "Opel" markalı avtomobili oğurlayıb. Belə ki, maşının sahibi avtomobilini həyətə çıxarıb darvazanı bağlamaq istəyib. Bu zaman maşının mühərrikinin işlək olduğunu görən Səfadar avtomobili qaçırıb. İttihama görə, həmin zaman Səfadar avtomobilin sahibinin ayağı üstündən keçərək ona xəsarət də yetirib.
Səfadar 12 min manat dəyəri olan avtomobili ehtiyat hissələrə ayıraraq satıb. Saxlanılan zaman üzərindən heroin də aşkar edilib. O, narkotik vasitə istifadəçisi olduğunu deyib.
Zərərçəkmiş şəxs maşının qaytarılacağı təqdirdə şikayətçi olmayacağını söyləyib.
Səfadar əməlini etiraf edərək peşman olduğunu bildirib. Lakin dəymiş zərər ödənməyib.
Məhkəmə Səfadarı narkotik istifadəsi və quldurluq ittihamları ilə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












