Bakıda özünü dilənçi kimi təqdim edən narkomanlar peyda olublar

Yeni tədris ilinin başlanması ilə tədris ocaqlarının ətrafında dilənçilər, tüfeylilər artıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu şəxslərin arasında narkomanlara da rast gəlmək olur. Bu insanlar əhalinin sıx olduğu yerlərdə dayanaraq vətəndaşlardan pul istəyir, hətta bəzən onlardan yemək üçün nəsə almalarını da xahiş edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır, polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparır və onları bu fikirdən daşındırmağa çalışırlar.
“Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan, diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür”.
N.Əliyev bildirib ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir.
“Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür”, - deyə qeyd edib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












