Bakıda piyada və sürücülərin “səki müharibəsi”: Kim haqlıdır? - VİDEO

Yasamal rayonunda sürücülər piyada səkilərini "işğal" edib.
Bu barədə sosial şəbəkələrdə çoxsaylı məlumatlar paylaşılır.
Təəssüf ki, bu kimi hallar təkcə paytaxtın Yasamal rayonunda deyil, digər ərazilərində də müşahidə olunur. Vətəndaşlar avtomobillərini piyada səkisində saxlayan sürücülərdən narazı olduqlarını bildiriblər:
"Kim boş səki görür avtomobilini park edir. Piyadalar nə etsin? Avtomobil yolu ilə hərəkət etsin?"
Paralel olaraq sürücülər avtomobillərini səkidə park etmələrinə rəğmən Bakı Nəqliyyat Agentliyinin haqsız cərimə yazmasını iddia edir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu ünvanladıq. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan videolar qanunsuz park edən sürücülər barəsində tədbir görülməsinə kömək edir:
"Ara məhəllə və ya əsas yol bunun fərqi yoxdur. Sürücü avtomobili piyada səkisində park edirsə, bu, piyadaların hərəkətinə maneə yaradır. Ara məhəllə yollarında avtomobillərin intensiv hərəkəti müşahidə edilmirsə, o demək deyil ki, avtomobili səkidə saxlamaq olar. Avtomobillərin səkidə park edilməsi ərazidə yaşayan sakinlərin, xüsusilə də fiziki imkanları məhdud olan, ahıl şəxslər, uşaq arabası ilə hərəkət edən piyadaların hərəkətinə çətinlik yaradır.
Bu problemlərlə bağlı sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Əməkdaşlarımız həmin müraciətlər əsasında müvafiq normalara uyğun tədbirlər görür. Bu cür videoların çəkilib yayılması, vətəndaşların xeyrinə həyata keçirilən addımlara kölgə salır. Çünki, BNA əməkdaşları sözügedən videoda qanunsuz hərəkət etməyib".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












