Bakıda piyadaların təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər görülür

Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda paytaxt küçələrində eyni səviyyəli piyada keçidlərinin təşkili davam etdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məlumatda qeyd olunub ki, agentlik tərəfindən yol kəsişmələrində aşağıdakı işlər yekunlaşdırılmaq üzrədir:
Yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.
Ümumilikdə isə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyin artmasına, piyadaların rahatlığının təmin olunmasına, piyada keçidlərindən istifadəni stimullaşdırmaqla əlçatanlığın artırılmasına şərait yaradacaq.
Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcəkdir.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












