Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR

Bakıda qadının motosiklet idarə edərkən arxa oturacaqda azyaşlı qız uşağını daşıması diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, görüntülərdə həm motosiklet sürücüsünün, həm də uşağın dəbilqədən istifadə etdiyi görünür. Lakin azyaşlının motosikletin arxa oturacağında daşınması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, 12 yaşına çatmamış uşaqların motosikletin arxa oturacağında daşınmasına icazə verilir. Lakin bunun üçün uşağın təhlükəsizliyini təmin edən xüsusi qurğudan istifadə olunması tələb olunur. Belə qurğu olmadan 12 yaşına çatmamış uşağın motosikletin arxa oturacağında daşınması qayda pozuntusu hesab edilir.
Bu tələbin pozulmasına görə motosiklet sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə oluna və 3 cərimə balı ilə cəzalandırıla bilər.
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO










