Bakıda sərnişini təhqir edən taksi sürücüsü HƏBS EDİLDİ

Bakıda taksi sürücüsü həbs edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 27 yanvar 2023-cü il tarixdə sərnişin Dilarə Quliyeva (ad və soyadlar şərtidir) Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng vuraraq taksi sürücüsü Nəcməddin Həsənovun onu maşında övladlarının yanında, taksidən düşdükdən sonra isə küçədə insanların yanında təhqir etdiyini bildirib.
Sərnişinin şikayətindən sonra məsələ ilə bağlı araşdırmalara başlanılıb. Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fevral ayının 4-də taksi sürücüsü saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü N.Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
unikal
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar












