Bakıda soyğunçuluqla məşğul olan keçmiş məhkum saxlanıldı

Soyğunçuluq etməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ə.Behbudov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün saat 15:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində şəhər sakini S.Məmmədovanın çantasından içərisində pul, bank kartları və sənədi olan pulqabını soyğunçuluq yolu ilə götürərək qaçan şəxs ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.
28-ci Polis Bölməsinə təhvil verilən şəxsin Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Behbudov olduğu müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 11:00 radələrində sərnişin avtobuslarının birində şəhər sakini P.Bayramlının çantasından içərisində pul və bank kartları olan pulqabını oğurlaması da müəyyən edilib.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA










