Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR

Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, sentyabrın 12-də şəhərdə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu vasitələrdən istifadə olunmaqla paytaxtın əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar yuyulub.
Təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb. Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.
Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib. Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb.
Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik, abadlıq və yaşıllaşdırma tədbirləri bundan sonra da davam etdiriləcək.








Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO












