Bakıda qadına bıçaq xəsarətləri yetirən Türkiyə vətəndaşına cinayət işi açılıb - YENİLƏNİB

Yanvarın 2-də, saat 3 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
22:13
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində tanışı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.
Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










