Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı - FOTO
Xəbərlər
12 Yanvar 2021 10:20

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, sonuncu belə tədbir Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.
Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub : 1256
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
15 Oktyabr 2026 16:18
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
ŞƏRH YAZ












