Banner

Bakıda yaşayış kompleksinin içməli suyunda təhlükəli bakteriya aşkarlandı

Xəbərlər 8 Oktyabr 2026 14:06
Bakıda yaşayış kompleksinin içməli suyunda təhlükəli bakteriya aşkarlandı
WhatsApp kanalımıza abunə olun

“İnkişaf-S” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) tikdiyi binanın suyunda sanitariya baxımından təhlükəli mikroorqanizmlər aşkarlanıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 1 saylı Bakı regional bölməsi tərəfindən MMC-yə məxsus Nərimanov rayonu, Faiq Yusifov küçəsi 5/7 ünvanında yerləşən yaşayış kompleksində aparılan yoxlama zamanı içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsi müəyyən edilib.

Aparılan monitorinq nəzarət tədbirləri zamanı qeyd olunan yaşayış kompleksində yaşayan sakinlərin içməli su ilə təminatını həyata keçirmək üçün quraşdırılmış su anbarıın yuyulması barəsində akt təqdim olunmayıb.

Yaşayış Kompleksində yaşayan sakinlərin içməli su təminatı üçün quraşdırılmış su anbarının çıxışından və mənzilin çıxışından ADSEA yanında SSMDNX-nin tabeliyində olan Mərkəzi su laboratoriya tərəfindən su nümunələri götürülərək fiziki-kimyəvi və mikro-bioloji analizlər həyata keçirilib. Laboratoriyanın analiz nəticələrinə əsasən içməli suda “Psevdomonas aeroginoza” bakteriyasının normadan artıq miqdarda olduğu müəyyən edilib.

Qeyd edilib ki, “Psevdomonas aeroginoza” sanitariya baxımından təhlükəli mikroorqanizm olmaqla su mühitinə geniş yayılır və xüsusilə su anbarlarının lazımi qaydada təmizlənməməsi, dezinfeksiya olunmaması hallarında sürətlə çoxalaraq insan sağlamlığı üçün xüsusi risk yaradır.

“İnkişaf-S” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 300 manat cərimə olunub.

Qeyd edək ki, “İnkisaf-S” tikinti şirkəti 2005-ci ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 5,4 milyon manat, direktoru Emil Teymurludur. Şirkət tərəfindən Bakının Nərimanov rayonunda bir sıra coxmərtəbəli binalar, o cumlədən "Park Nərimanov Residence" inşa olunub.\\yurdmedia

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh