Bakıdakı uşaq sığınacağında VİRUS YAYILIB - Vəziyyətləri ORTA AĞIRDIR - YENİLƏNİB

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyətləri stabildir".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Mövsümi xarakter daşıyan yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri səbəbilə iki uşaq hospitalizasiya olunub. Martın 31-də yerləşdirilən 2019-cu il təvəllüdlü şəxsə (qadın cinsli) və aprelin 1-də yerləşdirilən 2021-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda vurğulanır.(oxu.az)
***10:53
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.
Bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, iki uşaq xəstəxanada, altı uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.
"Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə K.Ağazadə bildirib.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












