Bakıdan beynəlxalq səyahət imkanları genişlənir - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır.
Avtosfer.az xəbər verir ki, hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağı büdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir.
Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas” və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir.
2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə davam edib. “FLYONE Asia” Daşkənd, “FLYONE” isə Kişinau istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından “Wizz Air” Bakı – Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir.

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












