Bakının başı bəlalı hissəsi - Bu yolda hər gün tıxac olur - FOTO

Hər gün səhər və axşam saatlarında Bakının müəyyən küçə və prospektlərində sıxlıq yaransa da, bəzi yerlər var ki, orada hərəkət tamamilə iflic olur.
Milli.Az bildirir ki, söhbət Binəqədi şosesi ilə Süleyman Sani Axundov küçəsinin kəsişdiyi yerdən gedir. Bakının bu ərazisində hər gün axşam 6-8 arası nəqliyyatın hərəkətində ciddi problemlər yaranır.

Bu sıxlığın əsas səbəbi isə Süleyman Sani Axundov küçəsindən gələn avtomobillərin Azadlıq prospektindən gələn maşınlarının yoluna çıxmalarıdır. Belə ki, hər hansı yol nişanı və işıqfor olmadığından sürücülər bir-birinə yol vermək istəmədiyi üçün sözügedən ərazidə uzun tıxaclar yaranır.
Artıq uzun illərdir ki, sözügedən ərazidə axşam pik vaxtlarda kilometrlərlə sıxlıq yaranır, lakin problemin həlli üçün hər hansı işlər görülmür. Halbuki adi bir "Qadağandır" nişanı və ya işıqforla məsələni həll etmək olar.
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var










