Balakən polisi əməliyyat keçirdi: 6 nəfər saxlandı - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin satışını, paylanmasını təşkil edən və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 6 nəfər tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş Fərhad Qarayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış zamanı ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana, eləcə də çətənə bitkilərinin hissələri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni iyul ayında becərdiyi çətənə kollarından yığaraq əldə etdiyini və heç kimin görməməsi üçün evin çardağında gizlətdiyini bildirib.
Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində daha 4 rayon sakini - Rahib Hüseynov, Yaqub Qarayev, Röyal Mirəliyev və Elçin Balagözov tutulub. Araşdırmalar zamanı saxlanılanlardan bəzilərinin əvvəllər də eyni əmələ görə məhkum olunduqları müəyyən edilib. Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












