Barəsində cinayət işi açılan türkiyəli bloqerə qarşı ittihamlar məlum oldu

Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloqer Ogün Özdemirə qarşı ittihamlar məlum olub.
Avtosfer.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, "Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və ölkənin suverenliyini inkar etmək" maddələri ilə təqsirləndirilir.
Ermənistanın İstintaq Komitəsində faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Qeyd edək ki, bloqerə qarşı cinayət işinin açılması ilə bağlı məlumatı martın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan açıqlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli bloqer Ogün Özdemir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O eyni zamanda, Azərbaycan torpağında olduğunu bildirib.
Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












