Baş həkim olmaq üçün verdiyi 280 min manat ələ keçirildi

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi Novruz Əlimirzəyevin baş həkim olmaq ümidi ilə verdiyi 280 min manat dələduzluq yolu ilə ələ keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, həkimin pulunu ələ keçirən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Zaur Zahidov tanışları Namiq Bayramov, Orxan Həsənov, Heydər İlyasov və Rufan Qasımovla əlbir olaraq Novruz Əlimirzəyevdən külli miqdarda pul alıblar.
Novruz həkim tanışı vasitəsilə sözügedən şəxslərlə əlaqə yaradıb, Qəbələ Regional Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi üçün kömək istəyib. Bu fürsətdən istifadə edən dəstə üzvləri isə ona guya Səhiyyə Nazirliyindəki yüksəkvəzifəli tanışları vasitəsilə bu işin mümkün olduğunu deyərək əvvəlcə 100 000 ABŞ dolları (170 000 manat), daha sonra isə 80 000 manat pul alıblar.
Dəstə üzvləri həkimin inamını möhkəmləndirmək üçün saxta sənəd də hazırlayıblar. Sənəddə guya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən onun Qəbələ Regional Xəstəxanasına baş həkim təyin olunduğu göstərilib. Hətta sənədə QR-kod da əlavə edilərək real olduğuna inandırılıb. Saxta sənəd Rufan Qasımov tərəfindən həkimə verilib. Bu vaxt da N.Əlimirzəyev əlavə 30 000 manat verib.
Ümumilikdə isə Novruz Əlimirzəyevin 280 000 manat pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, həmin vəsait şəxsi ehtiyaclara xərclənib.
Təqsirləndirilən şəxslər başqa bir dələduzluq cinayətinə Cavid Əliyevi də cəlb ediblər. Cavid ittihama münasibətdə özünü təqsirli bilməyib. Onun vəkili Sənan Hüseynov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Sonradan həkimin pulunun bir qismi geri qaytarılıb. Ziyan tam ödənilmədiyindən barışıq əldə edilməyib.
Dünən hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, müttəhimlər hər biri verilmiş ittihamlara münasibətdə təqsirli biliniblər - Zaur Zahidov 9 il, Rufan Qasımov 8 il 6 ay, Orxan Həsənov 7 il, Namiq Bayramov 5 il azadlıqdan məhrum ediliblər. Cavid Əliyevə sınaq müddəti seçilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ












