Baxçalı: “Məğlubiyyətin utancı Ermənistanın alnına həkk olunub”

“Qarabağın 70 faizinin Ermənistan işğalından qurtarılması bir türk zəfəridir. Ağır məğlubiyyətin utancı Ermənistanın alnına həkk olunmuşdur”.
“Haber Global”ın məlumatına görə, bu sözləri MHP sədri Dövlət Baxçalı “Twitter” hesabında yazıb.
“Qarabağ türkdür, Azərbaycandır, işğal əməlləri zillətdir, rəzalətdir, düşmənlikdir və tarixi həqiqətlərə xəyanətdir. Terrorçu Ermənistanın başı 44 gün ərzində, həmd olsun, əzilib. 2783 nəfər müstəqillik şərəfi üçün şəhid olmuşdur. Vətənə göz dikənlərin aqibəti ağır olmuşdur”, - deyə Dövlət Baxçalı bildirib.
Dövlət Baxçalı həmçinin Bakıda Azadlıq Meydanında keçirilən Zəfər paradına da münasibət bildirib:
“Cənab Prezidentimizlə birlikdə Azərbaycan Prezidenti bu mərasimlərdə yerini alıb. Dünyaya türk millətinin mesajı qərarlılıqla və qəhrəmanlıqla verilmişdir. Ermənistan yenə etdiyini edib, atəşkəsi pozaraq Dağlıq Qarabağdakı Hadrut qəsəbəsi ətrafında dörd Azərbaycan əsgərini şəhid edib. Ermənistan qorxaqdır, alçaqların ən alçağıdır”.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












