BƏƏ ilə nəqliyyat və kommunikasiya sektorları üzrə əməkdaşlıq müzakirə edildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin (ADQ) idarəedici və baş icraçı direktoru cənab Məhəmməd Həsən Əl Suveydinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə Avtosfer.az-a AZCON-dan bildirilib.
Görüş zamanı tərəflər infrastruktur, nəqliyyat və kommunikasiya sektorları üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Xüsusilə bazarların qarşılıqlı əlaqəliliyini gücləndirən və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə daha möhkəm investisiya ekosisteminin formalaşdırılmasına yönəlmiş təşəbbüslərə diqqət yetirilib. Müzakirələrdə birgə layihələr çərçivəsində səmərəliliyi artıracaq və tərəflər üçün uzunmüddətli dəyər yarada biləcək istiqamətlərin müəyyən edilməsi diqqət mərkəzində olub.
Tərəflər AZCON-la Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin tərkibində olan Əbu-Dabi Limanlar Qrupu (AD Ports Group) arasında sentyabr ayında imzalanmış iki 780 TEU tutumlu konteyner gəmisinin tikintisi ilə bağlı müqavilənin Orta Dəhlizin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd ediblər. Bu layihənin, həmçinin Bakı Gəmiqayırma Zavodunun ilk beynəlxalq kommersiya gəmi tikintisi sifarişi olduğu diqqətə çatdırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti “AD Ports Group”un liman idarəçiliyi sahəsində rəqəmsal həlləri ilə tanış olub, "Xəlifə" limanı və digər liman obyektlərinə baxış keçirib.
Daha sonra tərəflər poçt, dəniz yükdaşımaları, nəqliyyat və logistika sahələri üzrə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO












