Fransalı deputat: "Belə riyakarlıq Fransa ilə Azərbaycan münasibətlərinə..."

"Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi. Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlər arası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin müzakirəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, debatlarda yalnız ermənipərəst deputatlara çıxış üçün şərait yaradılıb: "Digər deputatlar Assambleyanın bu toplantısından qəsdən uzaqlaşdırılıb. Milli Assambleyanın 577 deputatından yalnız 188-i qətnamənin lehinə səs verib. Onların hamısı erməni mənşəli seçiciləri olanlardır. Əlbəttə biz Milli Assambleyada bu cür siyasi oyunları qətiyyətlə pisləyirik. Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir. Biz bundan təəssüf hissi keçiririk".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












