Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Məmmədov DİN-in "102 - Zəng Mərkəzi"nə və RPŞ-yə müraciət edərək ona məxsus "VAZ-21723" markalı avtomobilin rayon ərazisindən oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar olaraq polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində özgəsinə məxsus avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib. S.Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.
Bərdə RPŞ-nin keçirdiyi digər tədbirlərlə Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin tövləsindən oğurluq edən şəxs də saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elgiz Musayev olduğu müəyyən edilib və 1 baş iribuynuzlu heyvan oğurlamaqla həmkəndlisinə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.
Həyata keçirilmiş digər tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Elçin Sadıqov saxlanılıb. Araşdırmalarla onun dələduzluq edərək vətəndaşlara 1000 manatdan artıq ziyan vurduğu bəlli olub.
Bundan əlavə keçirilən tədbirlərlə daha bir dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Kəlbəcər rayon sakini Qoşqar Rəhimovun yeri müəyyən edilərək aidiyyatı üzrə təhvil verilib.
Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində fevral ayının 28-də itkin düşmüş şəxs tapılıb. Belə ki, Bərdə rayon sakini Y.R tapılaraq yaxınlarına təhvil verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












