Bərdədə polis genişmiqyaslı əməliyyat keçirib, saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb.
Saxlanılan şəxslərdən metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb. Belə ki, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev idarə etdiyi mopedlə birgə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir kibrit qutusunda qablaşdırılmış marixuana, mopedindən isə sellofan paketə bükülmüş 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş digər tədbirlərlə Bərdə rayon sakinləri, Gündüz Babayev və əvvəllər məhkum edilmiş Nemət Səfərov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman G. Babayevdən metamfetamin və N. Səfərovdan 6 qrama yaxın tiryək aşkar edilərək götürülüb.
Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












