Bərdədə xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust və noyabr aylarında xirdabuynuzlu heyvanları oğurlayan 5 nəfərdən ibarət dəstə üzvləri müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir qrup rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Süleyman Şükürov, Şəmistan Hümbətzadə, Fuad İsazadə, Vüqar Vəliyev və Miri Hümbətov saxlanılıb. Araşdırmalarla onların 15 baş xırdabuynuzlu heyvanları oğurlamaqla sakinlərə 4500 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












