Beyləqanda COVID-19 xəstəsi saxlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini Bəhruz Babayev karantin qaydalarına zidd davranaraq şəhər ərazisində olduğu zaman müəyyən edilərək saxlanılıb.
B.Babayev polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profilaktik söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.
Beyləqan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












