Beyləqanda daha bir küçə asfaltlandı - FOTO

Beyləqan rayonunda abadlıq və yenidənqurma istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, cari ilin əvvəlindən icrasına başlanılan layihələr çərçivəsində Beyləqan şəhərinin daha bir küçəsində-şəhid Rövşən Axundov küçəsində aparılan asfaltlanma işləri artıq başa çatdırılıb.
Yenidənqurma işlərinin nəticəsi olaraq, küçədə nəqliyyatın hərəkəti daha təhlükəsiz və rahat olub, piyadaların gediş-gəlişi asanlaşıb. Ərazidə yaşayan sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edərək, dövlət başçısının rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial yönümlü infrastruktur layihələrinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Beyləqan rayonunda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir və bu layihələr ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq icra olunur.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












