Beyləqanda daha bir küçə asfaltlanır - FOTO

Son vaxtlar Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində küçə yollarının yenidən qurulması ənənə halını alıb.
Avtosfer.az xəbər verir ki, görülən yenidənqurma işləri çərçivəsində şəhid Barat Quliyevin adını daşıyan küçənin də yolu yenidən qurulur.
Sözügedən avtomobil yolunda torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü çəkilib.
Yeni asfalt örtüyü ilə təmin edilən Barat Quliyev küçəsi sakinlər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradacaq. Eyni zamanda bu cür layihələr, şəhidlərimizin adını əbədiləşdirmək və onların ailələrinə olan dövlət qayğısını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.







Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












