Bəzi ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Martın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Belə ki, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda 9, Qaxda (Sarıbaş) 6, Xınalıqda 4, Xaltanda 3, Qobustanda 2 sm-dir.
Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












