Bill Qeyts insanları süni ət ilə qidalanmaya çağırıb

Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts varlı ölkələri süni ət istehlak etməyə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu inəklərdən qaynaqlanan metan qazı emissiyalarının azaldılması ilə əsaslandırıb.
“Microsoft”un yaradıcısı “İqlim fəlakətinin qarşısı necə alınmalıdır?” adlı kitabının reklamını edərkən, “qidanın gələcəyi” adlandırdığı süni ət istehlakını yenidən gündəmə gətirib.
O, zəngin ölkələri iribuynuzlu heyvanların saxlanılmasından əl çəkməyə çağırıb və bildirib ki, inəklərdən qaynaqlanan qaz qlobal istiləşmədə rol oynayır.
“Ən kasıb 80 ölkənin süni ətlə qidalana biləcəyini güman etmirəm. Bütün zəngin ölkələrin süni ət yeməyə keçməsinin zəruri olduğu fikrindəyəm. Süni ətin dadına zamanla alışmaq mümkündür”, - o əlavə edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












