Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.
Bu barədə Avtosfer “Habertürk”ə istinadən xəbər verir.
"Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik", - deyə o qeyd edib.
“Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar “Fintech” festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, “Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.
Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra pandemiya bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır”.
“Bill & Melinda Gates” Fondu artıq “AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə əməkdaşlığa başlayıb. Qeyts “Novavax” peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə “Johnson & Johnson” şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











