Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.
Bununla bağlı ƏƏSMN məlumat yayıb.
Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımız sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər.
Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.
Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib.
Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












