Bir qrup xarici jurnalist Qarabağa gedib

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib.
Avtosfer.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanyolca), Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (KGK) daxildir.
Belə ki, xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar. Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır.
Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, artıq bu gün heyət Qarabağ bölgəsinə yola düşüb: “İlin sonunadək daha bir qrup əcnəbi jurnalistlərin Azərbaycana səfərini təşkil edəcəyik. Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var. Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir. Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












