Bitkoin kəskin ucuzlaşdı

Bu gün xeyli ucuzlaşan bitkoin 50 min dollarlıq psixoloji səddindən aşağı enib.
Publika.az xəbər verir ki, ən böyük kriptovalyuta birjası olan “Binance”da Bakı vaxtı ilə saat 18:19-a olan vəziyyətə görə, bitkoin 12,38 faiz ucuzlaşaraq 49,9 min ABŞ dollarınadək geriləyib.
Həmçinin 20-dən artıq birjadakı orta göstəricini əsas götürən “Coin MarketCap”a görə, bitkoin 13,45 faiz ucuzlaşaraq 49,5 min dollardan satılıb. Hərrac əsnasında bitkoin hətta 47,6 min dollaradək ucuzlaşıb.
Xatırladaq ki, bazar günü bitkoin bir daha rekord vuraraq 58.352,8 ABŞ dollarına çatmışdı. 50 min dollarlıq psixoloji hədd isə ilk dəfə fevralın 16-da aşılıb. Ötən ilin dekabr ayından sürətlə bahalaşmağa başlayan bitkoin 2017-ci ildə əldə edilmiş 20.042 dollarlıq rekordunu aşmışdı. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dolları həddini aşıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












