Biz artıq sonrakı pandemiya barədə düşünməyə başlamalıyıq - BMT

Koronavirus pandemiyası - yoluxucu xəstəliklər epidemiyasının bəşəriyyət üçün hansı fəlakətli nəticələrə səbəb ola biləcəyinə dair parlaq nümunədir. İl ərzində COVID-19-a 80 milyondan çox insan yoluxub, təxminən 1,8 milyon insan dünyasını dəyişib.
Bir çox ölkə böhran vəziyyətinə düşüb. İqtisadiyyatın bütöv sektorları zərər çəkir, bir çox şirkətlər müflisləşib, on milyonlarla insan işsiz qalıb.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, bunu BMT Beynəlxalq epidemiyaya qarşı mübarizəyə hazırlıq günü ilə bağlı xatırladır. Bu beynəlxalq gün ilk dəfə olaraq qeyd olunur.
"Beynəlxalq epidemiyaya qarşı mübarizəyə hazırlıq gününün ilk dəfə qeyd olunması çoxlarının qorxduğu ssenarinin faciəvi şəkildə gerçəkləşdiyi ilin sonuna təsadüf edir", - deyə BMT-nin Baş katibi Beynəlxalq gün münasibətilə müraciətində söyləyib.
"İndiki pandemiya üzərində nəzarəti ələ keçirməyə çalışdığımız zaman biz artıq sonrakı pandemiya barədə düşünməyə başlamalıyıq. Təəssüf ki, eyni dərəcədə yoluxucu, lakin daha təhlükəli virusu asanlıqla təsəvvür etmək olar", - deyə Antonio Quterreş əlavə edib.
O, bəşəriyyətin bu il ərzində çıxara biləcəyi nəticələri unutmamağa çağırıb. Ölkələr səhiyyə sistemlərini möhkəmləndirməli və istisnasız olaraq bütün vətəndaşlara tibbi xidmətlərdən istifadə etmək imkanını təmin etməlidirlər. Sosial müdafiə sistemini yaxşılaşdırmaq lazımdır. Dövlətlər bir-biri ilə fəal əməkdaşlıq etməlidirlər.
İnsanlar, həmçinin təbiətlə harmoniyada yaşamağı öyrənməlidirlər və bütün yeni əraziləri vəhşi təbiətdən almamalıdırlar: BMT-nin rəhbəri bütün yeni infeksiya xəstəliklərin 75 faizinin zoonoz olduğunu xüsusilə xatırladıb.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












