Blokda yaşayan 20 yaşlı Elmir sığınacağa yerləşdirildi - FOTO

Sosial şəbəkələrdə çətin həyat şəraiti ilə üz-üzə qalan, bloklarda gecələyən gənclə bağlı edilən paylaşımlar aidiyyəti qurumlar tərəfindən görüldükdən sonra bu istiqamətdə zəruri addımlar atılıb.
Paylaşımlarda qeyd edilən Elmir adlı oğlan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Bildirilib ki, Elmirin vəziyyəti barədə xəbər tutan kimi Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxlayıblar. Elmirin yaşadıqları, ehtiyacları öyrənilib:
“Elmir artıq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq”.
Xatırladaq ki, bu barədə sosial şəbəkədə ilk dəfə paylaşım edən şəxs Elmir üçün təmiz geyimlər aparmışdı. Onun paylaşımından sonra qısa müddətdə Elmirə kömək etmək istəyən şəxslərin sayı artdı.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












