BMT rəsmisi Britaniya hakimiyyətini Assanjı dərhal azad etməyə çağırd

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Nils Melser Böyük Britaniya hakimiyyətini “WikiLeaks”in qurucusu Culian Assanjı dərhal azadlığa buraxmağa çağırıb.
Bu barədə Avtosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
"Assanj saxlanıldığı həbsxanadan dərhal azadlığa buraxılmalı və ya Belmarş həbsxanasında koronavirus infeksiyasının yayılması ilə əlaqədar onun həbsi ev dustaqlığı ilə əvəz olunmalıdır”, - Melser bildirib.
Melserin sözlərinə görə, Assanjın hazırda saxlanıldığı Belmarş həbsxanasında 160 məhbusdan təxminən 65-i koronavirusa yoluxub.
BMT rəsmisi vurğulayıb ki, “WikiLeaks”in qurucusunun təhlükəsizlik şəraitinin yüksək səviyyədə təmin olunduğu həbsxanada uzun müddət saxlanılması "nə lazımdır, nə qaydalara münasibdir, nə də bunun hər hansı qanuni əsası var".
Melser Assanjın ABŞ-da davam edən ekstradisiya prosesi müddətində iştirakını təmin etmək üçün yalnız bir profilaktik tədbir olaraq tutulduğunu söyləyib. O, qeyd edib ki, ekstradisiya prosesi bir neçə il davam edə bilər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












